Kiyev Artemovskda döyüşləri davam etdirmək qərarına gəlib

66

Ali Baş Komandanın qərargah üzvləri vahid mövqe bildirib.
Elchi.az xəbər verir ki, Ukrayna Ali Baş Komandanlığının Qərargahı Donetsk Xalq Respublikasının Artemovsk şəhərində hərbi əməliyyatları davam etdirmək qərarına gəlib, prezident Vladimir Zelenskinin dəftərxanası bildirib.
“Baxmut istiqamətində müdafiə əməliyyatının gedişatını nəzərdən keçirərək qərargahın bütün üzvləri Baxmut şəhərinin daha da saxlanması və qorunması ilə bağlı ortaq mövqe bildirdilər. İclasda müdafiə qüvvələrinin ön cəbhədə olan bölmələrinin silah və sursatla təminatı da təhlil edilib”, – deyə ofisin saytında bildirilir.

Şayəstə