Karins: “Ukraynaya təyyarələrin tədarükü zaman məsələsidir”

74

Latviyanın baş naziri Krisjanis Karins hesab edir ki, Qərb sonda Ukraynaya hərbi təyyarələr tədarük edəcək.

Elchi.az xəbər verir ki, o, bu barədə “Spiegel” nəşrinə müsahibəsində bildirib.

“Döyüş təyyarələrinin çatdırılması sadəcə zaman məsələsidir. Mən başa düşə bilmirəm ki, Qərb niyə qırıcı təyyarələr verməsin”, – deyə Karins qeyd edib.

Karins həmçinin qeyd edib:

“Kiyevə döyüş təyyarələri lazımdırsa, o zaman onları təmin etmək lazımdır. Riqa həm təyyarələri, həm də tankları olsaydı, təhvil verərdi”.

O, həmçinin Ukraynanın Aİ və NATO-ya daxil olması ilə bağlı danışıqlara mümkün qədər tez başlamağa çağırıb.

Yeganə