Kadırovdan 10 milyon rubl vəd

58

Çeçenistanın rəhbəri Ramzan Kadırov əvvəllər Quranı necə yandırdıqlarını əks etdirən videonu çəkən ukraynalı əsgərlərə böyük mükafat veriləcəyini açıqlayıb.

Elchi.az xəbər verir ki, Kadırov Ukrayna Silahlı Qüvvələrinin bu hərbçilərini tutmaq və cəzalandırmaq üçün bütün qüvvələrindən istifadə edəcəyinə söz verib.

“Mən bu nifrətin aradan qaldırılması üçün 5 milyon rubl mükafat elan edirəm”, – Kadırov “Telegram” kanalında yazıb.

O, əlavə edib ki, onlar sağ-salamat buraxılsa, mükafat 10 milyon rubl olacaq.

Yeganə