Kərim Benzema dünya çempionatında oynamayacaq

43

Fransa millisinin ulduz futbolçusu Kərim Benzema zədə səbəbindən 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatında oynaya bilməyəcək.
Elchi.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasından verilən açıqlamada 34 yaşlı futbolçunun məşq zamanı omba nahiyəsindən zədə aldığı və dünya çempionatında millidə yerini tuta bilməyəcəyi qeyd edilib.
Fransada dünya çempionatının hazırkı çempionları N’Qolo Kante, Pol Poqba, Presnel Kimpembe və Kristofer Nkunku da zədə səbəbindən Qətərə gətirilməyib.

Şayəstə