Kəmaləddin Heydərov polkovniki işdən çıxardı

56

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini, polkovnik Elsəvər Həsən oğlu Quliyev vəzifəsindən azad olunub.

Elchi.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Polkovnik digər əmrlə FHN-nin nəzdində olan qurumların birinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Kəmaləddin Heydərov Elsəvər Quliyevi ötən ilin dekabr ayında Xüsusi Riskli Xilasetmə Xidmətinə rəis müavini təyin etmişdi.