İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi

91

Milli Məclisin plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər müzakirəyə çıxarılıb.

Elchi.az xəbər verir ki, namizədlər barədə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verib.

Siyahıda yer alan namizədlər aşağıdakılardır:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından:

1. Həsən Şahhüseyn oğlu Cəfərov – Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri

2. Əzim Zahid oğlu Talıbov – Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

Azərbaycan Milli Elmlər Akademiyasından:

1. Teymur Həşim oğlu Kərimli – Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor

2. Sərxan Abbas oğlu Xavəri – Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent

Azərbaycan Mətbuat Şurasından:

3. Azər Hacıqulu oğlu Həsrət – Mətbuat Şurası İdarə Heyətinin üzvü

4. Aqil Ələsgər oğlu Fərəcov – Mətbuat Şurası İdarə Heyətinin üzvü.

 

***

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib.

Məsələyə parlamentin bugünkü plenar iclasında baxılıb.

Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.

Spiker Sahibə Qafarova yeni üzvlərə fəaliyyətlərində uğurlar arzulayıb.