Meloni Kiyevə gəlib

75

İtaliyanın baş naziri Giorgia Meloni bu gün Kiyevə gəlib.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Meloni Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Qeyd edək ki, dünən Meloni Varşavaya səfər edib və orada Polşanın baş naziri Mateuş Moravetski ilə danışıqlar aparıb. Bu səfərdən sonra keçirilən birgə mətbuat konfransında o xatırladıb ki, İtaliya Ukraynadakı münaqişənin başlanğıcından Kiyevə maliyyə, hərbi və humanitar dəstək verib.

“Ukrayna İtaliyaya arxalana bilər”, – deyə, Meloni vurğulayıb.

Yeganə