İtaliyada yaşanan şiddətli quraqlığın təsirləri davam edir

45

İtaliyada yay aylarında qeydə alınan həddindən artıq istilərlə yanaşı, sentyabr və oktyabr aylarında əvvəlki illərə nisbətən daha az yağıntı ilə yaşanan şiddətli quraqlığın kənd təsərrüfatı məhsullarına təsiri davam edir.
İsti yay aylarından sonra İtaliya da payız dövrünü əvvəlki illərlə müqayisədə daha isti və yağıntısız keçirib.
Elchi.az xəbər verir ki, bu barədə İtaliya Atmosfer Elmləri və İqlim İnstitutunun (CNR) məlumatına görə, bu il ölkədə 1800-cü ildən bəri ən isti il olub.
Həddindən artıq istilərin və az yağıntının təsiri ilə İtaliya bu il son 70 ilin ən şiddətli quraqlığını yaşadı və bunun təsirləri kənd təsərrüfatı istehsalında görünməkdə davam edir.

Şayəstə