İtaliya hakimiyyəti “Ndrangheta” mafiya qrupundan müsadirə edilmiş altı mərtəbəli evi söküb. Elchi.az xəbər verir ki, bu barədə “La Repubblica” yazır.
Kalabriyanın cənub bölgəsindəki altı mərtəbəli ev mebel fabriki kimi istifadə olunurdu. 2008-ci ildə Azad Meydan əməliyyatı çərçivəsində mafiyadan müsadirə olunub.
2012-ci ildə bina dövlət mülkiyyətinə verilib, indiyədək istifadə olunmayıb. Qeyd edək ki, ötən il məmurlar binanı söküb yerində park salmaq qərarına gəliblər.
Havar Şəfiyeva