İsveçrənin məşhur bankı Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırır

6

İsveçrənin “Hyposwiss Private Bank Geneva SA” şirkəti Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırır.

“Report” xəbər verir ki, bu barədə İsveçrə-Azərbaycan biznes forumunda şirkətin icraçı direktoru Aleksey Strunilin deyib.

O bildirib ki, sözügedən bank 1899-cu ildə İsveçrədə təsis edilib: “Bu Bank Şərqi Avropada və Qafqaz regionunda geniş fəaliyyət göstərir. Məqsədimiz Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırmaqdır”.

O əlavə edib ki, şirkət öz müştərilərinə maliyyə xidmətləri, hüquqi məsləhət və kapital menecmenti sahəsində yardım göstərir.