İstiqlal küçəsində törədilən terror aktında saxlanılanların sayı 50-yə yüksəlib

39

Elchi.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Bəkir Bozdağ İstiqlal küçəsində törədilən terror aktı ilə əlaqədar 50 nəfərin saxlanıldığını açıqlayıb.
İstiklal küçəsində törədilən terror aktının istintaqının əhatə dairəsi genişlənir.
6 nəfərin həyatını itirdiyi, 81 vətəndaşın yaralandığı terror aktını təşkil edən terrorçu yaxalanıb. Polisin təşkil etdiyi əməliyyatda hücumla əlaqəsi olduğu müəyyən edilənlər də yaxalanıb.
Ədliyyə naziri Bəkir Bozdağ TBMM Plan və Büdcə Komitəsinə açıqlamasında İstanbulda terror aktı ilə bağlı saxlanılanların sayının 50-yə yüksəldiyini açıqlayıb.

Şayəstə