İsrail ordusu döyüş təyyarələri və artilleriya atəşi ilə gecə boyu Qəzzanın müxtəlif bölgələrinə hücumlarını davam etdirib.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın verdiyi xəbərə görə, İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində mülki vətəndaşların olduğu evi bombalaması nəticəsində 1 uşaq və 2 qadın 4 nəfər həyatını itirib.
Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusunun döyüş təyyarələri və artilleriya atəşi ilə gecə boyu Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda 100-dən çox fələstinli həyatını itirib.
Şayəstə Hüseynova