Mossad İsrailin baş naziri Binyamin Netanyahuya girovlar üçün əsir mübadiləsi sazişi təklif edib, lakin Baş Nazirlik bu təklifə qarşı çıxıb.
Elchi.az xəbər verir ki, qlobal media orqanlarının yazdığına görə, Mossad ölkədəki böyük kəşfiyyat fiaskosunu ortaya qoyan hökumətə təqdim etdiyi hesabata görə öz imicini yaxşılaşdırmağa çalışır.
İsraildə fəaliyyət göstərən Channel 12 televiziyası iddia edib ki, Mossad direktoru David Barnea HƏMAS ilə məhbus mübadiləsi razılaşması mümkünlüyünü təklif edib, lakin baş nazir Benyamin Netanyahu bunu rədd edib. Qlobal kəşfiyyat mediasının məlumatına görə, hökumətə təqdim edilən yeni hesabat İsrail kəşfiyyatının nə qədər böyük bir fiasko yaşadığını açıq şəkildə ortaya qoyur. Mossad öz imicini yaxşılaşdırmağa çalışır. İsrail mətbuatının yazdığına görə, Mossadın hökumətə təqdim etdiyi təklifdə 40 israilli məhbusun azad edilməsi və Qəzzanın şimal bölgəsinin sakinlərinin başqa şərtlər olmadan evlərinə qaytarılması kimi maddələr var, lakin Netanyahu bu detallara qəti şəkildə qarşı çıxır. Mossad direktoru bu yaxınlarda Qətərin paytaxtı Dohaya gedib və Qəzzada məhbusların azad edilməsi ilə bağlı Fələstin nümayəndə heyəti ilə danışıqlar aparıb. Beynəlxalq kəşfiyyat xəbər saytı Intelnews bu yaxınlarda Mossadın niyə belə bir diplomatik təşəbbüs göstərdiyinin təfərrüatlarını açıqlayıb.
Şayəstə Hüseynova