Yəmənin Ənsar Allah üsyançı hərəkatının iddialarına baxmayaraq, İsrail Yəmənlə müharibə etmir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.
“Bildiyimizə görə, üç raket atılıb. Amma ən əsası odur ki, biz heç bir dövlətə müharibə elan etməmişik”, – deyə diplomat bildirib.
O, aydınlaşdırıb ki, buna baxmayaraq, Yəmən həmişə İran və ya Suriya kimi İsrailə düşmən olan dövlətlər siyahısında olub.
Qeyd edək ki, bundan əvvəl Yəmən ordusunun sözçüsü Yəhya Sari İsrailə
raket zərbəsi endirdiyini açıqlayıb. Daha sonra Yəməndən olan şiə üsyançılar İsrailə doğru atılan raketlərin videosunu nümayiş etdiriblər.
Havar Şəfiyeva