İsrail və Səudiyyə Ərəbistanı diplomatik əlaqələr qura bilər

101

İsrail və Səudiyyə Ərəbistanı 2024-cü ilin əvvəlində diplomatik münasibətlərin qurulmasına dair saziş imzalaya bilər.

Elchi.az bu barədə İnterfax.ru-ya istinadən xəbər verir.

“Söhbət İsrail və Səudiyyə Ərəbistanı arasında sülh sazişindən gedir”, – deyə mənbə bildirib.

Belə optimist proqnoz ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın krallığa üç səfərindən və Səudiyyə Ərəbistanı nümayəndələri ilə danışıqlarda əldə olunan irəliləyişdən sonra mümkün olub.

Nəşrin həmsöhbəti bildirib ki, bu danışıqların məğzini İrandan qorunmaq üçün Ər-Riyada silahların tədarükü təşkil edir. Mənbə qeyd edir ki, Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlarla ABŞ Senatının üçdə ikisinin təsdiqini tələb edən müdafiə sazişi imzalamağa çalışır.

Onun sözlərinə görə, danışıqlarda Səudiyyə Ərəbistanının mülki nüvə proqramı da müzakirə olunur ki, bu da İsraildə suallar yaradır.

İsrail rəsmisi bildirib ki, Fələstin məsələsinə gəlincə, müzakirələrdə İsrail hökumətinin qarşı çıxdığı işğal olunmuş ərəb ərazilərində məskunlaşmaların dayandırılması tələbi yox, Səudiyyə Ərəbistanı və ABŞ-dan fələstinlilərə iqtisadi yardım göstərilib.

Yeganə