İsrail Ankaradakı səfirini geri qaytarmaqdan imtina edir. Elchi.az xəbər verir ki, ölkənin xarici işlər naziri Eli Koen “X” sosial şəbəkəsində Türkiyə hakimiyyətinə ultimatum verib.
“Nə qədər ki, Prezident Tayyib Ərdoğan Türkiyədə hakimiyyətdədir, səfirimiz Ankaraya qayıtmayacaq”, – deyə nazir bildirib.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu onu nasist Almaniyasının lideri Adolf Hitlerlə müqayisə edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana cavab verib. Onun sözlərinə görə, türk siyasətçisi başqalarına mühazirə oxuya bilməz.
Bundan əvvəl Ərdoğan Netanyahunun bu gün etdiyi hərəkətlərlə Hitlerin cinayətləri arasında heç bir fərq olmadığını bildirib.
Havar Şəfiyeva