İsrailin blokada altındakı Qəzza zolağına hücumları səngimək bilmir. İş o yerə çatıb ki, İsrailin işğal etdiyi Şərqi Qüdsdə yeni qeyri-qanuni yəhudi qəsəbəsi qurmağı planlaşdırdığı bildirilib.
Elchi.az xəbər verir ki, “Haaretz” qəzetindəki xəbərdə İsrailin Şərqi Qüdsdə “Nofei Rachel” adlı qeyri-qanuni yaşayış məntəqəsi qurmağı planlaşdırdığı qeyd edilib.
Xəbərdə 650 iqamətgahdan ibarət olacaq qeyri-qanuni qəsəbənin Şərqi Qüdsün cənubunda yerləşən və fələstinlilərin məskunlaşdığı Umm Tuba qəsəbəsi yaxınlığında salınacağı bildirilib.
Xəbərdə, işğal altındakı Şərqi Qüdsdə qeyri-qanuni məskunlaşmaların İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bu yana İsrail səlahiyyətlilərindən “fövqəladə sürətli təsdiq” aldığı vurğulanıb.
Nuranə Məmmədova