İsrail Simone Halperini Rusiyaya yeni səfir təyin edib. Diplomatik missiyanın hazırkı rəhbəri Aleksandr Ben Zvi karyerasını bitirir və təqaüdə çıxır. Elchi.az xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“İsrailin Rusiyadakı səfiri Alexander Ben Zvi və həyat yoldaşı Edna Ben Zvi diplomatik karyeralarını bitirir və Xarici İşlər Nazirliyində 40 illik xidmətdən sonra təqaüdə çıxırlar. Bu günlərin birində yeni səfir Simona Halperin Moskvada fəaliyyətə başlayacaq”, – deyə səfirlikdən bildirilib.
Bəyanatda həmçinin Ben Zvinin səlahiyyət müddətinin üç ili ərzində Rusiya ilə İsrail arasında münasibətlərin normal şəkildə inkişaf etdiyini və ziddiyyətlər olduğu təqdirdə diplomatik yolla həll edildiyini qeyd edən fikrinə də istinad edilir. Bundan əlavə, səfir diplomatik missiyanın yeni rəhbəri Qalperinə uğurlar arzulayıb, əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl dekabrın 6-da Ben Zvi təqaüdə çıxması ilə bağlı məlumatı təsdiqləyib.
Havar Şəfiyeva