İsrail Müdafiə Qüvvələrinin sözçüsü İsrail əsgərlərinin Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsini vurduğunu etiraf edib. Elchi az bu barədə RİA Novostiyə istinadən məlumat yayıb.
Qeyd edək ki, Oktyabrın 31-də Fələstin Xarici İşlər Nazirliyi qaçqın düşərgəsinə hücum nəticəsində 400 nəfərin öldüyünü və ya yaralandığını bildirilib. Qurbanlar arasında çoxlu sayda qadın və uşaq da var.
Düşərgənin yaxınlığında bütöv bir əraziyə hücum edilib və onlarla yaşayış binası tamamilə dağıdılıb.
Havar Şəfiyeva