Hərbçilər İsrailin Qəzza zolağındakı quru əməliyyatının girovların azad edilməsi səbəbindən gecikə və ya yarımçıq qala biləcəyindən ehtiyat edirlər.
Elchi.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazıb.
“Hərbçilər HƏMAS girovlarının azad edilməsinin siyasi rəhbərliyin quruya hücumu təxirə salmasına və ya hətta yarı yolda dayandırmasına səbəb ola biləcəyindən qorxurlar”, – materialda deyilir.
Jurnalistlər, 20 oktyabr cümə günü Amerikalı ana və qızın azad edilməsinin quruya müdaxilənin gecikməsinə səbəb olduğuna diqqət çəkdilər.
CNN daha əvvəl bildirmişdi ki, ABŞ prezidenti Co Bayden administrasiyası Qəzza zolağında quru əməliyyatının başlanmasını ləngitmək və anklavda saxlanılan daha çox girovu azad etmək üçün İsrailə təzyiq edib.
Nuranə Məmmədova