İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstin radikal HƏMAS hərəkatının anklavda keçirdiyi əməliyyat zamanı İsrail hərbçiləri tərəfindən tapılan ən böyük tunelini göstərib. Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd edilir ki, Qəzza zolağının şimalındakı tunel böyük avtomobilin keçə biləcəyi qədər genişdir, betonla möhkəmləndirilib və elektrik naqilləri ilə təchiz olunub. Bundan əlavə, ən azı bir sayt İsrail sərhəd keçidinə piyada məsafədədir.
“Bu tunelin tikintisi illər çəkib. Milyonlarla dollar, yüzlərlə ton sement, külli miqdarda elektrik enerjisi xərclənib. Bütün bunları Qəzzalıların xəstəxanalara, məktəblərə, mənzillərə və digər ehtiyaclarına xərcləmək əvəzinə”, – deyə “İDF” sözçüsü Daniel Hagari bildirib.
Havar Şəfiyeva