İşğal altındakı Şərqi Qüdsdə işləyən AA fotomüxbiri Mustafa Harufu İsrail qüvvələri xidməti vəzifəsi zamanı şiddətlə döyüb və jurnalist xəstəxanaya yerləşdirilib.
Elchi.az xəbər verir ki, İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidi və ətrafına məhdudiyyətlər tətbiq etməyə davam edir. Bu cümə günü Qüdsdə gərginlik yaşanıb.
Hadisə İsrail qüvvələrinin 10 həftə ərzində Məscidül-Əqsada cümə namazı qılınmasına tətbiq etdiyi məhdudiyyətlər səbəbindən bir qrup fələstinlinin Məscidül-Əqsa yaxınlığındakı Vadi əl-Cövz bölgəsində namaz qılmaq üçün toplaşdığı zaman baş verib.
Ərazidə barrikadalar quran İsrail polisi hadisəni o zaman izləyən AA fotomüxbiri Harufa əvvəlcə silah çəkib, daha sonra onu yerə yıxaraq yerə təpikləyib.
Aldığı ağır zərbələrdən üzündən və bədənindən xəsarət alan Haruf təcili yardımla Şərqi Qüdsdəki Makasid xəstəxanasına aparılıb.
İsrail polisi Harufun yanında olan operator Faiz Əbu Rumailəyə də hücum edib.
Anadolu Agentliyinin Yaxın Şərq xəbərləri üzrə direktoru Turqut Akboyraz fotomüxbirin xəstəxanaya yerləşdirildiyini bildirib.
Akboyraz hadisə ilə bağlı bunları deyib:
“Fotojurnalist dostumuza müdaxilə etdi. Səbəbi barədə əlimizdə heç bir məlumat yoxdur. Mustafa sadəcə öz işini görür və görüntüləri dünya ictimaiyyətinə çatdırmağa çalışır. Hücuma məruz qalıb, təcili yardım maşınına mindirilib, aparılıb. Anadolu Agentliyi olaraq biz xəstəxanaya çatmağa çalışacaq.Biz də polisin iştirakı ilə lazımi addımları atacağıq”.
Şayəstə Hüseynova