İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 2 jurnalist həlak olub. Hücumlar başlayandan bəri öldürülən jurnalistlərin sayı 126-ya yüksəlib.
İsrail ordusu Qəzzada vəzifə yerinə yetirən mətbuat işçilərini öldürməyə davam edir.
Elchi.az xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi yazılı açıqlama verib.
Media Ofisi tərəfindən edilən əvvəlki açıqlamada, İsrailin “ Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilmişdi.
Nuranə Məmmədova