İsrail ölüm cəzası haqqında qanun qəbul edib

70

İsraildə terror fəaliyyətinə görə ölüm cəzası tətbiq ediləcək.

Elchi.az xəbər verir ki, İsrailin baş nazir Benyamin Netanyahunun sosial şəbəkədə verdiyi məlumata görə, müvafiq qanun nazirlərin qanunvericilik komissiyası tərəfindən qəbul edilib.

Netanyahunun sözlərinə görə, bu, terrorizmə qarşı çəkindirici amilin yaradılması istiqamətində atılan addımdır. Təklif olunan qanun layihəsinə görə, irqçilik motivləri və ya müəyyən əhali qrupuna nifrət zəminində İsrail vətəndaşının ölümünə səbəb olan hər bir şəxs cəzalandırılacaq.

Terrorçunun İsrail dövlətinə zərər vurmaq məqsədi ilə hərəkət etməsi, eyni zamanda onun tarixi torpağında yəhudi xalqının dirçəlişinin qarşısını almağa çalışması ölüm hökmü üçün əsas olacaq.

Yeganə