İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrini ağır artilleriya atəşi ilə vurur.
Elchi.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail qüvvələri Livanın cənubunda sərhəd bölgəsində yerləşən Habariye qəsəbəsinin ətrafını ağır artilleriya atəşi ilə hədəfə alıb.
Ardıcıl hücumlarda bəzi evlərin vurulduğu qeyd edildi.
NNA başqa bir xəbərdə İsrailin işğalı altında olan Şebaa Farms hərbi məntəqəsinə Livan ərazisindən raket hücumu həyata keçirildiyini bildirib.
Digər tərəfdən, İsrailin “Haaretz” qəzetinin məlumatına görə, Livandan atılan tank əleyhinə raketin İsrailin şimalındakı Avivim bölgəsini vurması nəticəsində 3 israilli yaralanıb, çoxlu avtomobil yanıb.
Oktyabrın 8-dən İsrailin Livanın cənubuna hücumları nəticəsində 26 livanlı mülki şəxs həlak olub.
Qarşıdurmalarda 118 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 6 İsrail əsgəri də həlak olub.
Şayəstə Hüseynova