İsrail Müdafiə Qüvvələri öz Telegram kanalında Qəzza zolağında quru əməliyyatı zamanı HƏMAS-ın iki yüksək rütbəli komandirini öldürdüyünü iddia edir. Elchi.az bu barədə Lent.ru-ya istinadən məlumat yayır.
Ümumilikdə, ikisi komandir olmaqla, HƏMAS üçün əhəmiyyətli olan dörd hərbçi məhv edilib. Belə ki, HƏMAS-ın Mərkəzi Briqadada Hərbi Dəniz Qüvvələrinin komandiri Cəmil Babu və Tuffa batalyonunun tank əleyhinə raket bölməsinin komandiri Məhəmməd Safadini sıradan çıxarıb. Tank əleyhinə raket bölməsinin döyüşçüsü Muvaman Hicazi və HƏMAS-ın yüksək səviyyəli istehsalat zabiti Məhəmməd Avdallah da həlak olub.
İsrail ordusunun mətbuat xidməti bildirib ki, İsrail ordusu Qəzzada quru əməliyyatını genişləndirir. Son bir neçə saat ərzində İsrail hərbçiləri HƏMAS-ın bir neçə hücrəsinə hücum edib, lakin onlar helikopter və pilotsuz təyyarələrin köməyi ilə dayandırılıb.
Havar Şəfiyeva