İsrailin rabitə naziri Şlomo Karya Livanın “Al Mayadeen” telekanalının yayımının qadağan edilməsini tələb edib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, Karya belə bir çağırışı “Kan” dövlət televiziya və radio şirkətinə verdiyi şərhdə edib.
Karyanın sözlərinə görə, “Al Mayadeen” Livanın şiə təşkilatı Hizbullahın ruporudur və hətta onun İranın dəstəyi ilə fəaliyyət göstərən bölmələrindən biri sayıla bilər.
Telekanal, nazirin sözlərinə görə, açıq şəkildə İsrailə qarşı müxtəlif cinayətlər törətməyə təhrik edir, yəhudi dövlətinin hərbçilərini təhlükə altına alır və onun milli təhlükəsizliyinə ciddi ziyan vurur.
Yeganə