İsrail Müdafiə Qüvvələri 48 saat ərzində Qəzza şəhərində döyüşlərə başlamağa hazır olduğunu açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.
“IDF hesab edir ki, Qəzza zolağındakı qüvvələr 48 saat ərzində Qəzza şəhərini tamamilə mühasirəyə alacaq və döyüşə başlayacaq”, – deyə jurnalistlər yazır.
Xəbərdə qeyd edilir ki, İsrail hakimiyyəti bu yolla HƏMAS döyüşçülərini tamamilə məhv etməyi, həmçinin onların tunellərini və hərbi obyektlərini məhv etməyi planlaşdırır. “İD hökumətin HƏMAS-ı məhv etmək məqsədinə nail olmağın mümkün olduğuna inanır, lakin bu, uzun müddət tələb edəcək: bir neçə aydan bir ilədək və ya daha çox. Bir ərazini terrorçulardan təmizləmək üçün ehtiyatlı və nisbətən yavaş hərəkət etmək lazımdır”, – nəşrin müəllifləri izah edirlər.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin quru qüvvələrinin Qəzza zolağında HƏMAS hərbi düşərgəsini nəzarətə götürdüyü bildirilmişdi. Bildirilib ki, kompleksin ərazisində müşahidə məntəqələri, yaraqlılar üçün təlim meydançaları, həmçinin terrorçular üçün yeraltı tunellər var.
Havar Şəfiyeva