İspaniyanın idman üzrə dövlət katibi Viktor Frankos bildirib ki, İspaniya qadın komandasının əksəriyyəti boykota son qoymağa razılaşıb.
Elchi.az bu barədə BBC News-a istinadən xəbər verir.
Razılaşma 7 saatdan çox davam edən görüşlərdən sonra çərşənbə günü yerli vaxtla saat 05:00-da əldə olunub.
Millətlər Liqasının bu aykı oyunları üçün çağırılan 23 oyunçudan ikisi heyətdən çəkilməyi seçib.
Frankos İspaniya futbol federasiyasının (RFEF) “dərhal və dərin dəyişikliklər” öhdəliyini götürdüyünü söyləyib.
Futbolçular boykota RFEF-in o vaxtkı prezidenti Luis Rubialesin keçən ay qadınlar arasında dünya çempionatının finalında İspaniyanın İngiltərə üzərində qələbəsindən sonra hücumçu Jenni Hermoso ilə öpüşməsindən sonra başlayıb.
Hermosonun razılıq əsasında olmadığını söylədiyi öpüş Rubialesin istefasına səbəb oldu, İspaniya millisinin meneceri Xorxe Vilda isə qovulub.
Nuranə Məmmədova