İspaniyanın Sosial Hüquqlar naziri İone Belarra hökumətdən İsraillə diplomatik əlaqələri dayandırmağı xahiş edib.
Elchi.az xəbər verir ki, İspaniyanın sosial hüquqlar naziri vəzifəsini icra edən İone Belarra hökuməti Fələstin xalqına qarşı “planlı soyqırımı”na görə İsraillə diplomatik əlaqələri dayandırmağa çağırıb.
Nazir Belarra jurnalistlərə verdiyi açıqlamada, “Bu gün mən ortağımız (hökumətdəki) Sosialist İşçi Partiyasından (PSOE) İsrailin Fələstinə qarşı həyata keçirdiyi bu planlı soyqırımla mübarizədə daha ciddi hərəkət etmələrini xahiş etdim. Bunun üçün mən hesab edirəm ki, biz təcili olaraq İsrail dövləti ilə diplomatik əlaqələrimizi dayandırmalıyıq”,-deyib.
Nuranə Məmmədova