İspaniyada kirayə artımına məhdudiyyət qoyulub

97

İspaniya kirayə haqqının artırılmasına məhdudiyyətlər qoyur.
Elchi.az xəbər verir ki, Azlıqda olan sol koalisiya hökuməti tərəfindən hazırlanan və kirayə qiymətlərinin artırılmasına məhdudiyyətlər qoyan mənzil qanun layihəsi parlamentdə qəbul edilib.
İspaniyada hökumət son illərdə artan mənzil probleminə həll yolu tapmaq üçün kirayə qiymətlərinə müdaxilə etməyə hazırlaşır.
Azlıq sol koalisiya hökuməti tərəfindən hazırlanan və kirayə artımlarına məhdudiyyətlər qoyan ilk mənzil qanun layihəsi parlamentdə qəbul edilib.
Qanun layihəsi məclisdən sonra Senata göndərilib.
Qanun layihəsi Senatda qəbul edildikdən sonra sonuncu dəfə parlamentə gələcək və təsdiqlənəcəyi təqdirdə qanuni olacaq.

Nuranə Məmmədova