İspaniya İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumunu pisləyib və bunu “qırğın” kimi qiymətləndirib.
Elchi.az xəbər verir ki, hücumla bağlı İspaniya Xarici İşlər Nazirliyinin X sosial media hesabından açıqlama verilib.
Açıqlamada, “Qəzzada əl-Əhli xəstəxanasında törədilən dəhşətli qətliamı qınayırıq. Günahsız mülki qurbanlarla həmrəyik. Beynəlxalq humanitar hüquqa hörmət edilməlidir” ifadələri işlədilib.
Nuranə Məmmədova