İslandiya Meteorologiya İdarəsi Reykjanes yarımadasında yerləşən Faqradalsfjall vulkanının bir neçə gün ərzində püskürə biləcəyini və bölgədə seysmik aktivliyin olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Qrindavik şəhəri boşaldılıb və ərazidə fövqəladə vəziyyət elan edilib.
İslandiya Meteorologiya İdarəsi tərəfindən edilən açıqlamada, “Əldə edilən məlumatlar maqma tunelinin ölçüsünün əhəmiyyətli olduğunu və maqmanın səthə yaxınlaşdığını göstərir. Dəhliz şimalda Kalfellsheidi şəhərindən başlayır və Qrindavikdən qərbə və cənub-qərbdən dənizə doğru uzanır. Maqma tunelinin uzunluğu təqribən 15 kilometr, ən dayaz hissəsində isə maqma təxminən 800 metr dərinlikdədir. Qeyd edək ki, məlumatlar təqribən 12 saatlıq peyk məlumatlarına əsaslanır, ona görə də maqmanın səthə 800 metrdən çox yaxınlaşdığını güman etmək lazımdır. Okean dibində maqmanın çıxma ehtimalı da yüksəkdir”.
Şayəstə Hüseynova