İŞİD Kabildəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb

49

Elchi.az xəbər verir ki, yanvarın 11-də Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktına görə məsuliyyəti “İslam Dövləti” terror təşkilatı öz üzərinə götürüb.
Bundan əvvəl Taliban hərəkatının (Rusiya Federasiyasında qadağan olunmuş) nümayəndəsi bildirmişdi ki, kamikadze Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd edib, lakin təhlükəsizlik qüvvələri onun qarşısını alıblar. Sonra partlayış olub.
“İnterfaks” xəbər verir ki, rəsmi məlumatlara görə, beş nəfər ölüb, qeyri-rəsmi məlumatlara görə, azı 20, 40-a yaxın insan yaralanıb.

Şayəstə