"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

“İş yerinə dair arayış” adlı yeni elektron xidmət

02 Dekabr 2014 - 13:31
in Kateqoriyasız
FacebookVatsap
Dekabrın 2-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “İş yerinə dair arayış” adlı növbəti elektron xidmətin 1610847_778688698856834_7284436006674554085_nvətəndaşların istifadəsinə verilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev əhaliyə xidmət sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş vəzifələrin icrası istiqamətində işlərin uğurla davam etdirildiyini vurğulayıb: “Nazirliyin fəaliyyət sahələrində informasiya texnologiyalarının tətbiqi prosesi genişlənir. Bu proses eyni zamanda vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması, nazirlik tərəfindən göstərilən elektron xidmətlərin sayının artması ilə müşaiyət olunur”. Nazir müavini dövlət başçısının 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, cari ilin 1 iyulundan etibarən respublikamızda əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin uğurla tətbiq olunduğunu qeyd edib: “Ölkəmizin əmək münasibətləri sahəsində mühüm islahat tədbiri olan elektron informasiya sisteminin tətbiqi mövcud əmək müqavilələri, onların tərəfləri olan işçi və işəgötürənlərlə bağlı dolğun məlumat bazasının yaradılmasına şərait yaradıb. Yəni burada əmək bazarına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əmək haqqının kəmiyyəti, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələri və yerdəyişməsi, işçi qüvvəsinə olan tələblər, onun yaş strukturu və s. barədə məlumatlar əksini tapıb. Bu da muzdla çalışan şəxslərə lazımi hallarda iş yerləri barədə elektron arayışların verilməsinə imkan yaradıb. Hazırda təqdim olunan yeni elektron xidmət növü də bu məqsədə xidmət edir”.
İ.İsayev artıq yeni xidmətin “Elektron Hökumət” portalında (www.e-gov.az) yerləşdirildiyini, eyni zamanda nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində eyni adlı bölməyə daxil olmaqla “Elektron Hökumət” portalındakı həmin xidmətə keçidin mümkün olduğunu bildirib: “Artıq vətəndaşlar işəgötürənə müraciət etmədən, buna vaxt və vəsait sərf etmədən (nəqliyyat xərci) iş yerindən arayış əldə edə biləcəklər. Belə ki, müxtəlif təşkilatlar (dövlət və özəl qurumlar, banklar, məktəblər, bağçalar, səfirliklər və s.) tərəfindən vətəndaşlardan onların iş yerlərinə və əmək haqlarına dair arayışlar istənildiyi hallarda, onlar “İş yerindən arayış” adlı elektron xidməti vasitəsilə onlayn formada bunu əldə edə bilərlər”. Nazir müavini bildirib ki, vətəndaşlar yeni elektron xidmətdən istifadə edərək ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün, əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən iş yeri haqqında arayış əldə etmək imkanına malikdirlər. Bununla yanaşı, iki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışdığı halda vətəndaşa hansı iş yerinə dair arayışı təqdim etməsi üçün seçim etmək imkanı da verilir.
ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov “İş yerinə dair arayış” adlı növbəti elektron xidmətin texniki imkanları barədə məlumat verib. O, bildirib ki, elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti və s. məlumatlar da dolğun şəkildə öz əksini tapır. Eyni zamanda “İş yerinə dair arayış” adlı növbəti elektron xidmət arayış təqdim olunan quruma bu arayışı formalaşdırmış əmək müqaviləsi bildirişi üzrə dəyişikliklər barədə məlumatı əldə etmək imkanı verir. Lakin bu məlumatın ötürülməsi vətəndaşın razılığı şərti ilə və arayışın etibarlılıq müddətində mümkündür.
Tədbirdə bildirilib ki, belə bir e-xidmətin istifadəyə təqdim edilməsində məqsəd vətəndaşların real vaxt rejimində və rahat şəkildə arayış əldə edə bilməsinə, bu prosesdə yarana biləcək bürokratik və ya süründürməçilik hallarının aradan qaldırılmasına imkan yaratmaqdır. Həmçinin bu tədbir nəticəsində vətəndaşların qeyd olunan arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyatı şəxslərinə müraciət etmələrinə və kağız formasında arayışları almalarına, beləliklə, onların, eləcə də qeyd olunan şəxslərin müəyyən qədər vaxt və əziyyət sərf etmələrinə artıq ehtiyac qalmır.
Digər tərəfdən, müvafiq hallarda vətəndaş tərəfindən verilən arayışın düzgünlüyünün yoxlanılması üçün arayışın təqdim olunduğu qurumlar həmin sənəddə əksini tapan ştrix-kod vasitəsilə “Elektron hökumət” portalında olan “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə etməklə həyata keçirə bilər. Bununla, arayış təqdim edilən təşkilatlarda vətəndaşın fərdi məlumatlarının dəqiq göstərilməsinə əminlik yaranmaqla, bu və ya digər halda onlara saxta arayışların və qeyri-düzgün, şişirdilmiş şəkildə əmək haqqı məlumatlarının təqdim olunması halı tamamilə aradan qaldırılır.
Təqdimat mərasimi jurnalistlərin suallarının cavablandırılması ilə davam edib. Qeyd olunub ki, ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsi tərəfindən nazirlik tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması sahəsində işlər davam etdirilir və yaxın vaxtlarda ardıcıl olaraq digər elektron xidmətlərin də istifadəyə verilməsi planlaşdırılır.

 

Bunu da oxuyun

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

Britaniya Ukraynaya 25 min dron verib

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Previous Post

“İş yerinə dair arayış” adlı yeni elektron xidmət

Next Post

Erməni qəzeti Xocalı faciəsini etiraf etdi

Bənzər yazılar

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12

İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib. Elchi.az  "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı...

Britaniya Ukraynaya 25 min dron verib

Britaniya Ukraynaya 25 min dron verib

08 Sentyabr 2026 - 23:10

Böyük Britaniya bu il vəd etdiyi 120 min drondan 25 mindən çoxunu Ukraynaya təhvil verib. Elchi.az  "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir...

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03

İranın əsas mallarının təminatında problem yoxdur. Elchi.az  ISNA-ya istinadən xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib....

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. AFFA-dan Elchi.az - a verilən məlumata görə,...

Next Post

Erməni qəzeti Xocalı faciəsini etiraf etdi

Erməni qəzeti Xocalı faciəsini etiraf etdi

Son xəbərlər

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12
Britaniya Ukraynaya 25 min dron verib

Britaniya Ukraynaya 25 min dron verib

08 Sentyabr 2026 - 23:10
Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03
AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01
“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58
Peru “Amerika Qalxanı” alyansına qoşulub

Peru “Amerika Qalxanı” alyansına qoşulub

08 Sentyabr 2026 - 22:56
Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

08 Sentyabr 2026 - 21:54
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

08 Sentyabr 2026 - 21:49
Böyük Britaniyanın hava limanlarının işi pozulub

Böyük Britaniyanın hava limanlarının işi pozulub

08 Sentyabr 2026 - 21:47
Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

08 Sentyabr 2026 - 19:34
2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

08 Sentyabr 2026 - 19:20
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

08 Sentyabr 2026 - 19:11
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

08 Sentyabr 2026 - 19:00
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.