İraq 44 ildən sonra Körfəz Millətləri Kubokuna ev sahibliyi edəcək

42

Bu il keçiriləcək 25-ci Körfəz Millətləri Kubokuna ev sahibliyi etməyə hazırlaşan İraq bu tədbiri işğal, zorakılıq və münaqişələrə görə dünyada mənfi imicini yaxşılaşdırmaq üçün bir fürsət olaraq görür.
Elchi.az xəbər verir ki, sonuncu dəfə 1979-cu ildə bu təşkilata ev sahibliyi edən İraq yanvarın 6-19-da Bəsrədə keçiriləcək futbol festivalı üçün bütün hazırlıqlarını tamamlayıb.
Futbol həvəsi artıq təkcə Bəsrədə deyil, ölkənin bir çox şəhərlərində də özünü büruzə verib.
Ölkənin digər şəhərlərində olduğu kimi Kərkük şəhər mərkəzindəki Hasır Pazarı bazarı turnirdə mübarizə aparacaq 8 körfəz ölkəsinin bayraqları ilə bəzədilib.

Şayəstə