"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İranın “boz kardinal”ı: Ona “İranın Qorbaçovu” da deyirdilər…

10 Yanvar 2017 - 13:22
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

İnqilab liderlərinin “yarpaq tökümü”

Sədrəddin Soltan: “Rəfsəncaninin ölümü İranın gələcəyi üçün siqnaldır”

İranın sabiq prezidenti və tanınmış siyasi xadimi Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 10-da dəfn ediləcək. Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar İranda üç günlük matəm elan edilib. Onunla vida mərasimində İranın ali lideri Ayətullah Əli Xameneyi iştirak edib. Xatırladaq ki, İran İslam İnqilabının əsas ideoloqlarından biri sayılan Haşimi Rəfsəncani 1980-1989-cu illərdə parlamentin sədri, 1989-1997-ci illərdə ölkə prezidenti olub, bundan sonra isə İran Məsləhət Şurasına rəhbərlik edib.

Rəfsəncani həmçinin İran-İraq arasında 8 illik müharibənin başa çatmasında mühüm rol oynayıb. Bununla bağlı o, Xomeynini BMT-nin 598 saylı qətnaməsini qəbul etməyə, müharibəyə son qoymağa razı sala bilib. Rəfsəncani həmçinin Xomeyninin vəfatından sonra hazırkı dini lider Əli Xameneyinin ölkə rəhbərliyinə gətirilməsində və ona “Vəliyyi-fəqih” titulu verilməsində əsas rol oynayıb.

Lakin sonradan, əsasən Mahmud Əhmədinejadın prezident postuna gəlməsindən sonra İran hakimiyyətindəki ultrasağçı mühafizəkar qüvvələrlə H.Rəfsəncani arasında fikir ayrılığı yarandı. Bu ziddiyyət özünü 2009-cu ildə keçirilmiş prezident seçkilərində göstərdi. Ölkədə müxalif qruplara qarşı repressiyalarda, minlərlə siyasi məhbusun qətliam edilməsində və xarici ölkələrdə yaşayan onlarla müxalif siyasi şəxslərin terrorunda birbaşa əli olan Rəfsəncani 1990-cı illərin ortalarından başlayaraq siyasi mövqeyində dəyişiklik yaranaraq hakimiyyətin radikal qolundan tədriclə uzaqlaşmağa çalışıb. O, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərində islahatçıları, o cümlədən də Mirhüseyn Musəvini dəstəkləyib və getdikcə islahatçılarla eyni mövqedən çıxış etməyə çalışıb.

Belə ki, seçkilərdən sonra özünü qalib elan etmiş sabiq baş nazir Mirhüseyn Musəviyə H.Rəfsəncani də dəstək verirdi. Ona görə də H.Musəvinin tərəfdarlarının keçirdiyi kütləvi etiraz aksiyalarının təşkil olunmasında İranın “boz kardinalı” adlanan H.Rəfsəncaninin də əlinin olmasına dair məlumatlar yayıldı. Yaranmış narazılıq H.Rəfcəncaniyə və onun ailəsinə təzyiqlərlə müşahidə olunurdu. Haşimi Rəfsəncaninin oğlu Mehdi barəsində hələ 2005-ci ildə həbs qərarı çıxarılmışdı. 2009-cu ildə isə qızı Faizə Haşemi barəsində cinayət işi açıldı. 2016-cı ildə Dini Elspertlər Şurasına (Xubreqan) keçirilən seçkilərdə isə H.Rəfcəncani üzv seçilmək şansı əldə edə bilmədi.

Əli Əkbər Haşimi Rəfsəncaninin adı son illər ali rəhbər vəzifəsinə iddialı olmaqda hallanırdı. İranın ali lideri Ayətullah Əli Xameneyinin səhhətində problemlərin artması onun yerinə varis məsələsini gündəmə gətirib. Hətta Ayətullah Xameneyinin ağır xərçəng xəstəsi olması barədə informasiyalar İranın siyasi çevrələrində, hətta beynəlxalq mediada onun yerinə H.Rəfsəncaninin ən iddialı və real namizəd olması fikirlərin yayılmasına səbəb olmuşdu.

Ona görə də siyasi müşahidəçilər H.Rəfsəncaninin ölümünün İranın siyasi elitasında ciddi dəyişikliklərə gətirib çıxara bilər. Haşimi Rəfsəncaninin vəfatının 78 yaşlı, xəstə Ayətullah Əli Xameneyinin siyasi varisliyi məsələsini gündəmə gətirəcəyi gözlənilir. Bu da öz növbəsində ali lider postuna yeni iddialı siyasətçilərin meydana çıxacağını istisna etmir.

“Ona “İranın Qorbaçovu” deyirdilər…”

“Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltanın sözlərinə görə, H.Rəfsəncaninin dünyasını dəyişməsi İranda siyasi nəsil dəyişikliyi prosesindən xəbər verir. Yəni, 1979-cu il İslam inqilabının təşkilatçıları və ideoloqları artıq öz ömrünü başa vurur:

“Bu yaxınlarda Musəvi Ərdəbili vəfat etdi. O, İranın prokuroru idi. Ərdəbilinin qərarı ilə çoxlu sayda insanlar İran həbsxanalarında öldürülmüşdü. Yeni nəsil isə İran İslam İnqilabının baş verməsində aparıcı rol oynamasa da, icrasında iştirak edib. Məsələn, sabiq prezident Mahmud Əhmədinejadın gənc yaşlarında inqilab vaxtı ABŞ-ın İrandakı səfirliyinin silahlı yolla tutulmasında iştirak etdiyi bildirlirdi. Bu baxımdan, İranda Rəfsəncani ilə Xameneyi arasındakı ziddiyyət vəziyyətə təsir edir. İranın keçmiş ali rəhbəri Xomeyni öləndən sonra Xameneyi ilə Rəfsəncani arasında seçim məsələsi yarandı. Həmin vaxt Rəfsəncani parlamentin sədri idi, Xameneyi isə baş nazir statusunda idi. Xomeyni öləndən sonra səsvermə zamanı daha çox Xameneyini dəstəklədilər və o, ölkənin ikinci adamı olaraq qaldı. Sonrakı mərhələdə isə 89 üzvü olan Dini Ekspertlər Şurası Əli Xameneyini ali lider seçdi.

Rəfsəncaninin isə son 10 ildə seçki prosesindəki bütün cəhdləri uğursuzluqla nəticələnib. O, həm parlament seçkilərində, həm də 2005-ci ildə keçirilən prezident seçkilərində məğlub oldu. Son illərdə isə Rəfsəncaninin oğlu Mehdi ilə bağlı xəbərlər yayılmağa başladı. Bildirilirdi ki, Mehdi Haşemi Fransanın “Total” şirkətindən 80 milyon dollar rüşvət alıb və onun qarşılığında həmin şirkətin layihələrinə yardım edib. Bu məlumatlar Rəfsəncaninin və ailəsinin İranın siyasi səhnəsində fəal olmasından xəbər verirdi. Yaxud qızı Faizə Haşemi qadınlar arasında jurnal buraxmışdı. Jurnalın üz qabığında İran şahınınxanımı Fərəh Dibanın şəklini nəşr etdirdiyinə görə, Faizə Haşemi ciddi təzyiqlərə məruz qalmışdı. Sonradan məlum oldu ki, Rəfsəncani ailəsinin külli miqdarda pulları var və onlar həmin vəsaiti Avropada, Kanadada ticarət mərkəzlərinin tikilməsinə sərf ediblər.

Avropada sərmayəsi olduğundan Rəfsəncani Haşemilər ailəsi Qərb üçün cəlbedici idi. Hətta 1990-cı illərdə hesab edirdilər ki, Haşimi Rəfsəncani İranın Qorbaçovudur. Yəni o, əbasını və əmmaməsini atıb kostyum, qalstuka keçə bilər. Onu çox liberal hesab edirdilər. Həmçinin Rəfsəncani tənqidi fikirlər söyləyərdi, bir sıra məsələlərə etirazını bildirərdi. Ona görə də hesab edərdilər ki, Rəfsəncani Ayətullah Seyid Əli Xameneyinin yerinə ən real namizəddir. Dini Ekspertlər Şurasına öz namizədliyini irəli sürməsi də buradan irəli gəlirdi. Məlumdur ki, İranda Ayətullah Xameneyinin də ölümü ilə bağlı xəbərlər yayılır. 

Bu isə İranda varisin kim olacağı ilıə bağlı suallar yaradır. Bəziləri deyir ki, İranın yeni ali lideri Ayətullah Xomeyninin oğlu Həsən olacaq. Bu, alınmadı. Sonra dedilər ki, həmin postu Əli Xameneyinin oğlu Müctəba olacaq. Hətta məlumatlar dolaşır ki, Ayətullah Xameneyinin işinin başında daha çox oğlu Müctəba dayanır”. 

“Türklərin milli çağırışları onun xoşuna gəlmirdi”

Siyasi icmalçı hesab edir ki, Haşimi Rəfsəncaninin ölümü İranda siyasi fiqurların dəyişilməsinə ciddi təsir göstərməyəcək: “Amma islahatçı düşərgədə nüfuzlu fiqurlardan birinin itirilməsi mötədillərin mövqeyində dəyişikliyə səbəb olacaq. İslahatçı qüvvələrin ağsaqqalı olan və “boz kardinal” adlandırılan Rəfsəncani panfarsist və panİranist düşüncə tərzinin əsas daşıyıcılarından biri idi. Rəfsəncani 1995-ci ildə dünya Azərbaycan türklərinə qarşı həqarətli çıxışlar etmişdi. O, bəyan etmişdi ki, dünya Azərbaycan türkləri İran üçün problem yarada bilər. 1990-cı illərdə Azərbaycan türklərinin milli-azadlıq hərəkatı və çağırışları Rəfsəncaninin xoşuna gəlmirdi. Nəticə etibarı ilə onu deyə bilərik ki, Rəfsəncaninin ölümündən sonra İranda islahatçıların mövqeyi zəifləyəcək. İkincisi, yeni şüurlar ortaya çıxacaq. İnqilabi hərəkatda iştirak etmiş insanlar da yaxın 10-20 il ərzində dünyasını dəyişəcək və ya qocalaraq siyasətdən uzaqlaşacaq. Rəfsəncaninin vəfatı sonrakı 10 il üçün İranın gələcəyi ilə bağlı sualları ortaya çıxarır. 

Nəsil dəyişilməsi İranda nələrə səbəb ola bilər? İran İslam İnqilabından ötən dövr ərzində 40 yaşa çatmış bir nəsil əmələ gəlib. 40 il ərzində də dünyanın düzəni dəyişib, yeni texnologiyalar, informasiya vasitələri yaranıb, dünyanın xəritəsi dəyişib, İranın qonşuluğunda iki dövlətin mövcudluğu sual altındadır. Bu böyük prosesin içərisində İranda inqilabi nəsil qocalır və fəliyyətsizləşir. Demokratik cəmiyyətlərdə bu keçidi seçki yolu ilə təmin etmək mümkündür. İran isə demokratik rejim deyil. Bu baxımdan, Rəfsəncaninin ölümü İranın gələcəyi üçün bir siqnaldır”.

Previous Post

İranın “boz kardinal”ı: Ona “İranın Qorbaçovu” da deyirdilər…

Next Post

Lotu Quli Bakıdakı atışmadan danışdı

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

Lotu Quli Bakıdakı atışmadan danışdı

Dərmanların da “qara bazarı” yarandı - BAKIDA

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.