İranda internetdə ateizmin təbliği, islam əleyhinə fikirlər və Quranı yandırmaqda ittiham olunan iki nəfər edam edilib.
Elchi.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Hökmə əsasən, Sədrulla Fazeli Zare peyğəmbəri təhqir etmək, dindən çıxmaq, peyğəmbərin anasına qarşı küfr etmək, Quranı yandırmaq, müqəddəs məfhumları təhqir etmək və başqa şəxslərin şəxsi fotolarını dərc etməkdə, Yusif Mehrdad isə peyğəmbəri, eləcə də dini və islami anlayışları təhqir etməkdə ittiham olunaraq edam cəzasına məhkum ediliblər. Hökm bu gtün səhər icra olunub”, – məlumatda qeyd olunub.
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Rusiya hücumu nəticəsində Ukraynanın Sumı vilayətinin Şostka rayonunun Yampol kəndində 2 nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə Sumı...





















Son şərhlər