İranda 3 ayda 5 mindən çox tələbə zəhərlənib

84

İranda xüsusilə qız şagirdlərin təhsil aldığı məktəblərdə zəhərlənmə halları artır. 3 aydan artıq müddətdə 230 məktəbdə 5 mindən çox şagird zəhərlənib.

Elchi.az İranın rəsmi İRNA agentliyinə istinadən bildirir ki, Xuzistan əyalətinin Əhvaz və Abadan şəhərlərində yeni zəhərlənmə halları qeydə alınıb.

Abadan Tibb Elmləri Universitetinin rektoru Seyid Məhəmməd Məhəmmədi şəhərdəki Muin Qızlar Məktəbinin bəzi tələbələrində zəhərlənmə əlamətlərinin olduğunu açıqlayıb.

Hadisənin eşidilməsindən sonra Abadan Tibb Təcili Tibbi Yardım Mərkəzinin mütəxəssislərinin zəhərlənmənin baş verdiyi məktəbə getdiyini qeyd edən Məhəmmədi bəzi tələbələrin Ayətullah Taleqani və Şəhid Beheşti xəstəxanalarına aparıldığını bildirib.

Yeganə