İranlı jurnalist Xəyal Müəzzin bildirib ki, Qəzza zolağında xəstəxanaya hücumdan sonra Fələstin və İsrail arasında sülh və ya diplomatik danışıqlardan söhbət gedə bilməz. Elchi.az xəbər verir ki, o, bu məsələ ilə bağlı fikrini “Tsarqradla” bölüşüb.
Onun sözlərinə görə, xəstəxanaya hücumdan sonra insanlarda onu həyata keçirənlərə qarşı böyük qəzəb və nifrət hissi yaranıb. Jurnalist əmindir ki, Fələstin prezidenti Mahmud Abbas saziş bağlamağa razı olsa belə, bu, Fələstin xalqının onu dəstəkləyəcəyi anlamına gəlmir.
“Bütün dünya bilir ki, HƏMAS-ın belə güclü raketləri yoxdur, lakin bu, sionist rejimin işidir. Düşünürəm ki, bu hadisə baş verəcək böyük işlərin başlanğıcıdır”, – deyə Xəyal Müəzzin fikirlərini bildirib.
Havar Şəfiyeva