İran və Suriya BU barədə razılığa gəldilər

107

İran İslam Respublikası və Suriya Ərəb Respublikasının yüksək səviyyəli nümayəndələri iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin aktivləşdirilməsi üçün birbaşa uçuşların artırılması və gəmiçilik marşrutunun açılması barədə razılığa gəliblər.

Elchi.az bu barədə İranın “Tasnim” xəbər agentliyinə istinadən bildirir. 

Suriyanın paytaxtı Dəməşqə ikigünlük səfəri zamanı İran prezidenti İbrahim Rəisi ilə birlikdə olan İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş cümə günü İran-Suriya İnkişaf Mərkəzində İran tacirləri ilə danışıqlar aparıb.

O, görüş zamanı bildirib ki, İran və Suriya iranlı iş adamlarının Suriyada üzləşdiyi ticarət maneələrinin aradan qaldırılması imkanlarını öyrəniblər.

Görüş zamanı müzakirə olunan əsas mövzular İran və Suriya arasında müntəzəm hava əlaqəsinin olmaması, malların idxal və ixracının planlaşdırılması, həmçinin Tehran və Dəməşq arasında həftəlik müntəzəm uçuşların zəruriliyi olub.

Görüşdə İranın yollar nazirinə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin son vəziyyəti barədə məlumat verilib.

Bəzrpaş elan edib ki, Yollar və Şəhərsalma Nazirliyi iranlı iş adamlarına dost ölkələrlə siyasi və ticarət əlaqələrini gücləndirmək, həmçinin dənizə əsaslanan iqtisadiyyatı inkişaf etdirmək üçün hər cür köməklik göstərəcək.

Yeganə