İran və Pakistan birgə hərbi təlimlər keçirib

37

İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı gəmisi Kəraçi limanını ziyarət edərək Pakistanla birgə hərbi dəniz təlimlərində iştirak edib.

Elchi.az xəbər verir ki, bu barədə “The Nation” məlumat yayıb.

Qəzetin yazdığına görə, səfər zamanı iki dəniz donanmasının zabitləri arasında görüşlər olub, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Pakistan Kral Hərbi Dəniz Qüvvələrinin komandanlığı bildirib ki, İran və Pakistan Kral Hərbi Dəniz Qüvvələrinin hərbi təlimləri dəniz əməkdaşlığının gücləndirilməsinə dəlalət edir və səfər iki qardaş ölkə arasında möhkəm ikitərəfli əlaqələrin və regional sülhə nail olmaq səyinin təzahürünə çevrildi.

Yeganə