İran polisinin nümayişçilərə atəş açdığı iddia edilir

38

Qərbi Kirmanşah əyalətinin Cavanrud şəhərində təhlükəsizlik qüvvələrinin rejim əleyhinə şüarlar səsləndirən nümayişçilərə atəş açması nəticəsində çox sayda ölü və yaralının öldüyü iddia edilib.
Elchi.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərə görə, əsasən kürdlərin yaşadığı Cavanrud şəhərində Mahsa Əmini etirazları zamanı təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açıb.
Kadrlarda onlarla insanın güllələndiyi görünür. Sosial şəbəkələrdə yayılan paylaşımlarda polis güllələrindən çox sayda insanın öldüyü və ya yaralandığı iddia edilib.
Rəsmi orqanlar hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Son günlər ölkənin qərb bölgəsində kürdlərin çoxluq təşkil etdiyi Mahabad və Piranşehr kimi şəhərlərdə rejim əleyhinə keçirilən nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 10-dan çox insan həyatını itirib.
İranın Kürd bölgəsindəki sünni alimləri dünən yaydıqları bəyanatda təhlükəsizlik qüvvələrini nümayişlər zamanı xalqa qarşı silah istifadə etməməyə çağırıblar.

Şayəstə