"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

“İran Moskva və Pekinlə əməkdaşlıq formatının dərinləşməsinə can atır”-ŞƏRH

23 Sentyabr 2022 - 23:02
in DÜNYA
FacebookVatsap

“İdeoloji dilemmalar, iğtişaşlar, etirazlar ölkəsi olan İranda cərəyan edən təhlükəli hadisələr İslam Respublikası qurulduqdan sonra davam edən çaxnaşmalar dastanının ardıdır”.

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:

“İslam İnqilabının bəhrəsi olan müasir İranın beynəlxalq gündəlikdəki yeri də mübahisələr doğurur və məsələyə yanaşmada Qərbin özündə belə, ikitirəlik mövcuddur.

Üstəgəl, İran İsrail kimi kiçik, lakin qüdrətli dövlətin basqıları və kəşfiyyat həmlələri qarşısında əzilir.
İranın yaxınlığındakı Cənubi Qafqaz coğrafiyası üzərində cəmləşən nəzərlərin iti baxışlara keçməsi də dünyada sərhədlərin, xəritələrin dəyişdirilməsi cəhdləri fonunda Tehranın əleyhinə işləyir.
Buna görə də İrandakı kütləvi iğtişaşlar və ali rəhbərlik əleyhinə düzülən sapandlardan atılan daşları xarici “gizli əllər”lə paralel formada diqqətdə saxlamaq lazımdır.
Etirazlar silsiləsində növbəti səhifələri yazanlar hakimiyyətdaxili çəkişmələrin tərəfləridir və təəccüblü gəlsə də, onlar “xarici qələmlər”in gücündən məharətlə istifadə edirlər.
Ona görə də hakimiyyətin ən ali zirvəsi sayılan ali liderlik uğrundakı mühafizəkarlarla liberallar arasındakı çarpışmada birincilər “xarici qüvvə” amilinin İrana uzanan əllərindən danışırlar, ikincilər isə Qərbin liberal ideyalarını əllərində bayraq tuturlar.
İşin əsli çoxşaxəli predmetlərlə əlaqəlidir və bir-birinə bağlı olan səbəblər zəncirinin nəticələridir.
Həmin nəticələr yeni nəticələrə hazırlıq məşqləridir, yəni İranda tüğyan edən mitinqlərin məğzi ölkədəki hazırkı idarəetmə sistemi ilə post-Xamenei dövrü arasındakı keçid mərhələsidir.
Hazırda ali lider Seyid Əli Xameneinin yerinə yiyələnmək uğrunda iki fiqur oyun oynayır – biri ali liderin oğlu Müctəba Xamenei, digəri isə Prezident İbrahim Rəisidir.
İran siyasi elitasının psixoloji mühiti ilə real dünya arasındakı balansın kəskin pozulması isə həmin mübarizənin şiddətini artırır və bunun bəzi işartıları küçələrdə, meydanlarda təzahür edir.
“Küçələr”, “meydanlar” deyərkən qavrayışımızda xalq anlayışı avtomatik canlanır, məsələ istər-istəməz təbii şəkildə də olsa sinxronluq təşkil edir.
İranda xalqın kasıb təbəqəsi inqilabın və ya mitinqlərin hərəkətverici qüvvəsi deyil, İslam Respublikasının hissləri alovlanan qismi orta təbəqədir.
İslam İnqilabının övladı olan şəriət əsaslı Konstitusiya müxtəlif siniflərin koalisiyasının nəticəsi olsa da, vurğulamaq lazımdır ki, bunun ərsəyə gəlməsində əsas rolu orta sinif oynayıb.
Orta sinifdən təkamül edən başqa bir qrup isə liberal dəyərlər şüuru ilə böyüyüb və indi onlar ölkədə ayrı ideoloji idealları yayırlar. Onların istəkləri təkcə iqtisadi-sosial tələblərə yox, həm də mədəni, sosial, siyasi motivlərə də söykənir.
Teokratik rejimin qaymaqları, yəni yuxarı təbəqə mühafizəkar ictimai-siyasi nizamı saxlamaqda maraqlıdır, çünki bu, onların sərvət toplaması, varlanması və hakimiyyəti konservativ əsaslarla bərkitməsi üçün əlverişli şərtlərin məcmusudur.
Orta təbəqə hakimiyyətə müxalif dairələrin əlinin güclənməsinə rəvac verir, lakin onun ali lider seçilməsi prosedurlarında rolu yoxdur, yəqin, buna görədir ki, hakimiyyət iyerarxiyasının postulatlarında dəyişikliyə nail olmaq hədəflənir.
Lakin orta təbəqə İslam İnqilabından sonrakı periodda hakimiyyətin dayaqlarını laxladan seysmik dəyişikliklərin müəllifinə çevrilə bilməyib, ideologiya cəhətdən liberal cəhətləri özündə birləşdirsə də, o, sosial-siyasi imtiyazlarını gücləndirmək niyyətlərini güdür.
İranda orta təbəqənin hakimiyyətdəki “nümayəndələri” də var, yəni gərgin situasiya onlara hakimiyyət nərdivanında daha üstün pillələrə çıxmaq üçün vasitələr toplusuna çevrilir.
İstər mühafizəkar, istərsə də liberal xətt tərəfdarlarının arasında isə SEPAH kimi güc “incə balans”la dayanır və o, proseslərə yön verir, tənzimləyir, İranın “qırmızı xət”lərinin aşılmasına imkan verməmək şərtilə gah o tərəfə, gah da bu tərəfə əyilir.
Seyid Əli Xamenei əcəl yaşı çatmaq həddinə qədər yaşlanıb, ara-sıra onun ölüm xəbərinin yayılması da iqtidardakı ali mənsəb hərislərinin nəbz yoxlamaq məqsədli əl işi ola bilər.
İrandakı ucalan etiraz səslərinin xarici qüvvələrlə harmoniyasını ölkənin xarici siyasət kursundakı elementlər formalaşdırır, proses isə təbii şəkildə baş tutur.
İranın beynəlxalq nizama baxışı qlobal gücün iki oxuna əsaslanır. Tehran elə düşünür ki, dünyadakı liberal nizam dağılır və ABŞ-ın hegemonluğu azalır. Buna görə də Rusiya və Çin mərkəzli nizam İran dövlətinin gözündə yüksələn ox kimi görünür. Bununla da İran “nə Şərq, nə də Qərb” konsepsiyasından əl çəkərək Moskva və Pekinlə əməkdaşlıq formatının dərinləşməsinə can atır.
İslam Respublikasının belə duruşu, təbii ki, onun Qərbdəki rəqiblərinin, əsasən də, ABŞ və Britaniyanın gözündən yayınmır, bura İsrail amilini də əlavə etsək, vəziyyət ən qəliz labirintə doğru itələnir. Nəticə etibarı ilə İran hədəf taxtasında oturdulur və ona qarşı atıla biləcək bıçaqlar itilənir.
NƏTİCƏLƏR:

  1. İranın böyük planlardakı yeri ölkədəki hakimiyyət kürsülərini ələ keçirmək üçün fürsətlər təqdim edir;
  2. İrandakı hakim siyasi elitanı SEPAH qoruyur, lakin situasiya dəyişərsə, SEPAH öz qaranlıq tərəflərinin üzə çıxmaması şərtilə mövqeyini dəyişə bilər”.

Yeganə

Previous Post

“İran Moskva və Pekinlə əməkdaşlıq formatının dərinləşməsinə can atır”-ŞƏRH

Next Post

Nazir BQXK-nı Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59

HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Bu barədə Elchi.az "Haber Global"a istinadən...

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib....

Next Post
Nazir BQXK-nı Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI

Nazir BQXK-nı Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI

Nazir BQXK-nı Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI

Nazir BQXK-nı Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.