"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İran “ipli kukla”sının dili ilə nə demək istəyir? – Zöhrəvəndin “avqust sayıqlamaları”na sözardı

26 Avqust 2022 - 14:15
in SİYASƏT
FacebookVatsap

“İranla Ermənistan arasında münasibətlər günü-gündən inkişaf edir. Bu artıq heç kəsə sirr deyil. Maraqlısı isə budur ki, İranın molla rejimi Ermənistanla münasibətləri inkişaf etdirdikcə, paralel olaraq Azərbaycana yönəlik siyasətini daha da aqressivləşdirir”.

Bunu da oxuyun

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Elchi.az-ın məlumatına görə, bu barədə politoloq Turan Rzayev Feysbuk hesabında məlumat verib.

O, qeyd edib ki, ermənilərə “qardaş” deyib bağrına basan İran hakimiyyəti Azərbaycanı açıq şəkildə hədələməkdən çəkinmir:

“Fars rejimi bu cür əməllərini əvvəllər gizlin edirdisə, indi açıq-aydın edir. Türkiyənin “Yeni şəfəq” qəzetinə müsahibə verən Əbülfəz Zöhrəvəndin fikirləri bunun növbəti təsdiqidir. Zöhrəvənd deyir ki, “Azərbaycan deyə bir yer yoxdur. Onlar İran azəriləridir. Onlar bu ərazini tərk edib getməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir!”. O, həddini daha da aşaraq “Azərbaycan İran üçün qorxunc fenomen və potensial təhdidddir”, “Naxçıvan və bütövlükdə Azərbaycan İrana ilhaq edilməlidir” kimi fikirlər də söyləyib.
Ə.Zöhrəvənd kimdir?
Ə.Zöhrəvənd İranın nüvə danışıqları heyətinin keçmiş üzvü, Əfqanıstan və İtaliyadakı keçmiş səfir olub. Hazırda isə bu şəxs daha çox İran xüsusi xidmət orqanlarına, daha dəqiq desək SEPAH-a çalışan ekspert kimi tanınır.
Zöhrəvənd ona təqdim edilən konkret tezislər üzrə danışan ipli kukladan başqa bir şey deyil. Onun səsləndirdiyi fikirləri isə birbaşa İranın molla rejiminin mövqeyi kimi qiymətləndirmək olar. İran bununla bir daha Azərbaycana qarşı siyasətinin mahiyyətini bütün çılpaqlığı ilə elan etmiş oldu.
Molla rejiminin şizofrenik paranoyası!
Reallıq ondan ibarətdir ki, molla rejimi bizim təxmin etdiyimizdən də çox narahatdır. Rəsmi Tehranın mövcud narahatlığını iki reallıq fonunda izah etmək olar:
Birincisi, tarixi reallıqdır. Ə.Zöhrəvənd deyir ki, “Azərbaycan yenidən İrana birləşdirilməlidir!”. Əslində onun bu ifadəsinin pərdə arxasında İranın Cənubi Azərbaycan qorxusu yatmaqdadır. Rəsmi Tehran dərk edir ki, Seyid Cəfər Pişəvəri, Məhəmməd Xiyabani, Səttarxan, Bağırxan hərəkatları İranın gələcəkdə parçalanmasının tarixi bazasıdır.
18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi regionda hər kəsdən çox İranı təşvişə salıb. İranın narahatlığına səbəb heç də şimal sərhədlərində yeni bir ölkə yaranması deyildi. Bu ölkənin adının Azərbaycan olması idi. Rəsmi Tehran yaxşı bilir ki, gec-tez şimalda olduğu kimi, cənubda da bir Azərbaycan yaranacaq və qısa müddət sonra cənub şimalla birləşmək üçün referendum elan edəcək.
İkincisi, geosiyasi reallıqdır. İranın nüvə silahı ətrafındakı problemlərin böyüməsi və Tehranla beynəlxalq birlik arasında gərginliyin artması fonunda Azərbaycan da 44 günlük müharibə ilə regionda reallıqları əsaslı surətdə dəyişdi.
Rəsmi Tehran başa düşür ki, hazırda Cənubi Azərbaycan böyük güclər tərəfindən fars şovinizmi və eksponsionizmini cilovlaya biləcək alternativ vasitə kimi nəzərdən keçirilir.
Azərbaycanın əsas stateji müttəfiqlərindən olan İsrail ilə münasibətlərinin son illərdə inkişaf etməsinə fars rejimi aqressiv şəkildə reaksiya bildirir. İran ehtiyat edir ki, Qərb və İsrail İranın zəifləməsi üçün Cənubi Azərbaycanın müstəqilliyinə dəstək verəcək.
Cənubi Azərbaycan öz müqəddəratını təyin etməlidir!
Geosiyasi baxımdan Cənubi Azərbaycanın müstəqilliyi real görünür. Təəssüf ki, Qərb uzun müddətdir ki, Cənubi Azərbaycan məsələsinə ehtiyatla yanaşıb. Tarixə nəzər salsaq görərik ki, İranın parçalanması, yaxud Cənubi Azərbaycanın müstəqilliyi qlobal güclərin strateji planlarında olmayıb. Əksinə, hər dəfə Cənubi Azərbaycanda müstəqil dövlət qurulanda Tehran rejiminə dəstək verilib. Şeyx Məhəmməd Xiyabani hərəkatının, Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan “21 Azər hərəkatı”nın süqut etməsi Tehran rejiminə ciddi xarici dəstəyin verilməsi ilə mümkün olub. Həmçinin, Müsəddiq hökumətininin devrilməsi də xarici qüvvələrin birbaşa iştirakı və müdaxiləsi ilə həyata keçirilib”.

T.Rzayevin sözlərinə görə, nəzərə almaq lazımdır ki, zaman dəyişib və buna paralel olaraq böyük güclərin geosiyasi maraqları da dəyişib:

“Hazırda İranda rejim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsi zamanı Cənubi Azərbaycan amili də nəzərdən keçirilir. Xüsusilə də İranla dünya birliyi arasında münasibətlər gərginləşdikcə və Tehran rejiminə təzyiqlər artdıqca Cənubi Azərbaycanın müstəqil olması perspektivləri daha fəal müzakirə edilir. Hətta analitik mərkəzlər, kəşfiyyat qurumları müxtəlif variantlar sırasında Cənubi Azərbaycanın müstəqllik əldə etməsini, İranın parçalanmasını ciddi şəkildə götür-qoy edirlər.
Yaxın illərdə İrandakı molla rejimin sonu gələcək və bu son məhz Cənubi Azərbaycanın ayağa qalxması ilə olacaq. Gec-tez Cənubi Azərbaycan öz müqəddəratını təyin edəcək!”.

Şayəstə

Previous Post

İran “ipli kukla”sının dili ilə nə demək istəyir? – Zöhrəvəndin “avqust sayıqlamaları”na sözardı

Next Post

Türkiyədən Laçınla bağlı – Açıqlama

Bənzər yazılar

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04

XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Elchi.az xəbər...

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Kraus ilə mina təhlükəsi ilə mübarizədə...

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb. Bu barədə Elchi.az-a...

Next Post
Türkiyədən ABŞ-dakı müsəlman qətllərinə reaksiya

Türkiyədən Laçınla bağlı - Açıqlama

Türkiyədən ABŞ-dakı müsəlman qətllərinə reaksiya

Türkiyədən Laçınla bağlı - Açıqlama

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.