İran 8 milyard dəyərində neft layihələri həyata keçirməyi planlaşdırır

68

“İran cari təqvim ilinin sonunda (23 mart 2023-cü ilə qədər) ölkə ümumi məbləği 8 milyard dollar olan bir sıra yarımçıq neft layihələrini həyata keçirməyi planlaşdırır”.

Elchi.az erməni mediasına istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Oci deyib.

Onun sözlərinə görə, layihələr neft və qaz hasilatı, qaz emalı gücünün artırılması, qazın nəqli, boru kəmərlərinin, neft-kimya obyektlərinin tikintisi, qazı müşayiət edən neftin toplanması kimi prioritet problemlərin həllinə yönəlib.

Layihələrdən biri Cənubi Pars qaz yatağının 11-ci mərhələsidir. Layihə işə salındıqdan sonra ölkənin istehsal gücünə 14 milyon kubmetr qaz əlavə edəcək.

Nazir əlavə edib ki, bu planların həyata keçirilməsi üçün yerli və xarici sektorların investisiya potensialı işə salınıb.

Yeganə