İndoneziyada 6,9 bal gücündə zəlzələ

43

Elchi.az xəbər verir ki, İndoneziyanın Sumatra adasının qərbində 6,9 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) Sumatra adasındakı Benqkulu şəhərindən 212 kilometr cənub-qərbdə baş verən 6,9 bal gücündə zəlzələnin yerin 10 kilometr dərinliyində qeydə alındığını açıqlayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

Şayəstə