“İmran Xanın tərəfdarı mövqeyinə” etiraz

106

Pakistanda koalisiya hökumətinin tərəfdarları “keçmiş baş nazir İmran Xanın tərəfdarı”na görə Konstitusiya Məhkəməsi qarşısında oturaq aksiyaya başlayıblar.
Elchi.az Geo News-a istinadən xəbər verir ki, Pakistan Demokratik Hərəkat koalisiyasında yer alan İslam Üləma Partiyasının tərəfdarları paytaxt İslamabadda məhkəmə qarşısına toplaşıb.
Pakistan Müsəlman Liqası-Nəvaz partiyasının tərəfdarları da Ravalpindidən paytaxta yola düşüblər.
Konstitusiya Məhkəməsi qarşısında keçmiş baş nazir Han və Konstitusiya Məhkəməsinin sədri Ömər Ata Bandial əleyhinə şüarlar səsləndirən izdiham məhkəmənin ətrafında oturaq aksiyaya başlayıb.
Etirazçılar “Bandialın Han tərəfdarı mövqeyinə” reaksiya verirlər.
İslam Üləma Partiyasının lideri Mövlana Fəzlur Rəhmanın məhkəməyə gələrək çıxış edəcəyi gözlənilir.

Nuranə Məmmədova