İmişlidə məktəbdə ayaqyolu olmaması ilə bağlı yeni AÇIQLAMA – VİDEO

59

Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yeni açıqlama verib.

İdarədən bildirilib ki, qeyd edilən məktəbdə üç sanitar qovşağı var:

“Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq”.(oxu.az)