İlk 20 humanitar yardım maşını BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə Qəzzaya gələcək. Elchi.az xəbər verir ki, bu barədə “MAAN” agentliyi məlumat yayıb.
“BMT Misirdən Qəzzaya həyati vacib humanitar yardımın ötürülməsi üçün yaşıl işığın yanmasını gözlədiyini təsdiqləyib və Qəzza zolağındakı Səhiyyə Nazirliyi beynəlxalq ictimaiyyəti dərman və zəruri malların çatdırılmasını sürətləndirməyə çağırır”. Bu barədə agentlik məlumat yayıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Nur Şəms fələstinli qaçqın düşərgəsinə hücum barədə məlumat vermişdi. “İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarə Nur Şəms düşərgəsində quru əməliyyatı keçirən hərbçilərin təhlükəsizliyini təhdid edən silahlı terrorçulardan ibarət dəstəyə zərbə endirib”, – deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Havar Şəfiyeva